• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    12:06 27 mart 2019

Rusiyalı hərbi ekspert: "İstəyib-istəməməsindən asılı olmayaraq, Ermənistan Azərbaycan torpaqlarını qaytarılmaldır"

"Ermənistan Azərbaycan torpaqlarını daim işğal altında saxlaya bilməz. İrəvanın istəyib-istəməməsindən asılı olmayaraq ərazilər geri qaytarılmaldır". Bunu ONA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı hərbi ekspert, "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Azərbaycan və Ermənistan liderlərinin Vyanada keçiriləcək görüşü barədə danışan rusiyalı hərbi ekspert bu dəfə Ermənistan tərəfindən danışıqlar prosesində konstruktiv mövqe gözlədiyini söyləyib: "Lakin yenə də ümidim azdır. Bu gün Ermənistan rəhbərliyini Dağlıq Qarabağdakı qondarma rejimi danışıqlar masasına əyləşdirməyə səy göstərdiyini görürük. Ermənistanın bu təklifi həm beynəlxalq hüquq normalarına ziddir, həm də münaqişənin nizamlanması prosesinə əngəl törədir. Baxıb görəcəyik, Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdə özünü nə qədər konstruktiv aparacaq. Bütün hallarda deyə bilərəm ki, dialoq lazımdır. Biz dialoqu alqışlayırıq. Lakin indiki vəziyyətdə rəsmi İrəvanın konstruktiv mövqe sərgiləyəcəyinə ümidim azdır. Əgər həqiqətən də Ermənistan Dağlıq Qarabağ probleminin nizamlanmasını istəsəydi, ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı işğal altında olan beş rayonu Azərbaycana qaytarmaqla bu prosesə start verərdi. Daha sonra isə sülhməramlı kontingentin yerləşdirilməsi təminatı altında Azərbaycanın işğal altında olan daha iki rayonunu geri qaytarardı. Azərbaycan tərəfi də Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin olacağına təminat verərdi. Ermənistan tərəfindən sadaladığım tədbirlərin görülməsi nizamlanma prosesini çox sürətləndirər. Çünki Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun statusu heç kəsdə şübhə doğurmur. Hətta Ermənistanın özü belə həmin rayonların Azərbaycan ərazisi olduğunu etiraf edir. Fikrimcə, Dağlıq Qarabağ problemi bu ardıcıllıqla həll olunmalıdır. İlkin olaraq işğaldan azad olunan yeddi rayona azərbaycanlı qaçqın və məcburi köçkünlər qayıtmalı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları həmin ərazidə sülh prosesinə nəzarət etməli, Dağlıq Qarabağ tam demilitarizasiya olunmalı, erməni silahlı qruplarından təmizlənməlidir. Azərbaycanlı və ermənilərdən ibarət birgə polis dəstələri yaradılmalı, həmin polis dəstələri regionda asayişə nəzarət etməlidir. Daha sonra Dağlıq Qarabağda beynəlxalq müşahidəçilərin nəzarəti altında parlament seçkiləri keçirilməli, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aralıq status verilməlidir. Sülh prosesini başlatmaq üçün mütləq bu addımlar atılmalıdır".

Beynəlxalq ictimaiyyətin Qarabağ probleminə münasibəti haqqında danışan İ. Korotçenko bildirib ki, həmsədr ölkələr regionda münaqişənin yenidən alovlanmamasına, müharibənin başlamamasına çalışırlar: "Həmsədrlər yaxşı başa düşürlər ki, danışıqlarda əsas güzəştə getməli, xoşməramlı iradə göstərməli tərəf Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan olmalıdır. Ermənistanın real danışıqlara, yəni, əraziləri geri qaytarmağa başlaması həm də Azərbaycan və Türkiyə tərəfindən iqtisadi blokadanın aradan qaldırılması prosesinə yardım edər. Eyni ilə Dağlıq Qarabağın erməni əhalisi də iqtisadi cəhətdən üstünlük qazanar. Azərbaycan zəngin ölkədir. Bu zənginlikdən Dağlıq Qarabağ erməniləri də yararlana bilər”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR