Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın aprelin 21-də video-konfrans formatında görüşü olacaq.
APA Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər görüşün ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə keçirilməsini razılaşdırıblar.