Sabah Cenevrədə BMT-nin mənzil-qərargahında Azərbaycanın BMT və digər beynəlxalq təşkilatlar yanında Nümayəndəliyi və BMT-nin Sülh Universitetinin birgə təşkilatçılığı ilə "Münaqişə zonalarında qeyri-qanuni fəaliyyətlərin insan hüquqlarına təsiri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
ONA-nın məlumatına görə, konfransda açılış nitqi ilə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edəcək.
Qeyd edək ki, bu ilin martında Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda konfrans keçirilib. Konfransda Azərkosmosun təqdim etdiyi materiallar əsasında Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə aparılan qeyri-qanuni iqtisadi və digər fəaliyyətləri sübut edən hesabat təqdim olunub.