• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:39 3 sentyabr 2020

Sabahın hava PROQNOZU

Sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Sentyabrın 4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR