"İstərdik ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həllini tapsın".
Bunu APA-ya Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov deyib.
Səfir qeyd edib ki, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyə böyük imkanları var.
Elin Süleymanov Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqton görüşünə münasibət bildirərək deyib ki, xarici işlər nazirlərinin görüşü pozitiv keçib. Diplomat bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həllinə maraq göstərir.
Qeyd edək ki, bu il iyunun 20-də Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Vaşinqtonda görüşü keçirilib.