"Fransanın ATƏT-in Minsk Qrupundakı mövqeyi sual altına alınmamalıdır".
ONA “News.am”-a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Conatan Lakot mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransanın ATƏT-in Minsk Qrupunda iştirakı vacib nailiyyətdir və Ermənistan üçün də çox əhəmiyyətlidir.
Fransanın və Azərbaycanın işğal olunmuş şəhərləri arasında əməkdaşlığın mümkün olub-olmaması ilə bağlı suala cavabında səfir bildirib ki, bu əməkdaşlıq insanlar arasında mümkündür və mövcuddur: “Amma Fransanın ayrı-ayrı bölgələri və şəhərləri öz müstəqil diplomatiyalarını yürüdə bilməz. Diplomatiya bir olmalıdır və oyunun qaydalarına cavab verməlidir”.