İsveçrə Dağlıq Qarabağ münaqişəsi məsələsində tərəflərə lazımi yardım göstərməyə hazırdır. ONA-nın xəbərinə görə, bunu İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filipp Ştalder bildirib. O vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş 3 rəsmi görüş İsveçrədə baş tutub. Səfirin sözlərinə görə, bu məsələ həmçinin gələn həftə Bakıda keçiriləcək siyasi məsələhətləmələr zamanı da müzakirə olunacaq.