“ABŞ Minsk qrupu həmsədri ölkəsidir. Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə münaqişənin sülh yolu ilə həllinin tapılmasında birgə işləməyə sadiqik”.
ONA-nın məlumatına görə, bu sözləri ABŞ səfirinin müavini Uilyam Gill deyib.
“ABŞ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə gələcəkdə ev sahibliyi edə bilər, bu imkan barədə müzakirələr gedir”, - deyə diplomat qeyd edib.