“Mən üç liderin (Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş naziri-red.) bəyanatından qopardılan hissənin interpretasiyasını şərh edə bilmərəm. Bu bəyanatda razılaşdırılan hər şey göstərilib. Bu və ya digər fəaliyyətdə olan şəxs tərəfindən bu bəyanatın üstünə əlavə olunanlar onun məsuliyyətidir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Mauerlə görüşünün yekunlarına dair birgə mətbuat konfransında deyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "“Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması ölkəsi üçün prioritet məsələdir” bəyanatının Qarabağla bağlı üçtərəfli razılaşmaya zərbə vurmur?” sualına cavab verən Rusiya XİN başçısı bildirib ki, ölkəsi hazırda imzalanan bəyanatın dəyişdirilməsi cəhdlərini görmür.