• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:12 26 fevral 2019

Şimali Kipr parlamentində Xocalı soyqırımı ilə bağlı müzakirələr olub

Şimali Kipr Türk Respublikası parlamentində Xocalı soyqırımı ilə bağlı müzakirələr olub.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətindən ONA-ya bildirilib ki, təşkilatın təşəbbüsü ilə keçirilən müzakirələrdə çıxış edən Yenidən Doğuş Partiyasının sədri, millət vəkili Ərhan Arıqlı bildirib ki, milli və dini mənsubiyyətinə görə insanları kütləvi halda öldürmək, başqasının toprağını işğal etmək məqsədi ilə həyata keçirilən Xocalı soyqırımı insanlıq tarixinin ən amansız cinayətidir: “Xocalı soyqırımı Azərbaycanın və bizim kədərimizdir. Orada 613 günahsız insan vəhşicəsinə qətlə yetirilib”.

Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən işğal olunduğu xatırladan millət vəkili Ermənistanın beynəlxalq hüquqa əməl etməməsinə diqqət çəkib: “Dünyada ikili standartlar tətbiq edilir. Dünya birliyi bu faciəni sıyqırımı kimi tanımalıdır. Şimali Kipr Parlametinin də bu istqamətdə addımların atmasının vaxtı çatıb”.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR