“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Qarabağ savaşı həlledici mərhələyə daxil olub”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
O bildirib ki, bu gün işğaldan azad edilmiş bir çox kənd, qəsəbə, şəhərdə Azərbaycan bayrağı dalğalanır: “Son 17 ildə həyata keçirilən ordu quruculuğu hərb meydanında özünü göstərir. Düşmənin keçilməz hesab edilən müdafiə xətti yarılıb. İşğalçı qüvvələrə ağır zərbələr endirilir”.