Dekabrın 25-də Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan kəndində keçmiş düşmən postu ərazisində 22 mm D-4 (P-4) ağ fosfor tərkibli, istifadəsi beynəlxalq hüquq normalarına zidd olan top mərmiləri aşkar olunub.
ONA xəbər verir ki, bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) məlumatında bildirilib.