Şuşaya yeni polis rəisi təyin olunub.
APA-nın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Polis polkovnik-leytenantı Səməd Akif oğlu Məhərrəmov Şuşa Şəhər Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, S.Məhərrəmov Vətən Müharibəsinin iştirakçılarından olub. O, bundan əvvəl Goranboy Rayon Polis Şöbəsində çalışıb.