Tərtərin Suqovuşan kəndində mina partlaması nəticəsində mülki şəxs həyatını itirib.
APA-nın xəbərinə görə, Laçın rayon sakini, hazırda Tərtərin Seydimli kəndində yaşayan 1988-ci il təvəllüdlü Mahmudov Bəxtiyar Mahmud oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.
Suqovuşan kənd ərazi nümayəndəsi Xaliq Hümbətov APA-ya açıqlamasında bildirib ki, Bəxtiyar Mahmudov işğaldan işğaldan azad olunmuş əraziyə qeyri-qanuni yolla keçib. Ermənilərin minaladığı əraziyə girib və minanın partlaması onun ölümünə səbəb olub.