Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Xocalı qətliamının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb.
ONA-nın Türkiyə bürosunun məlumatına görə, o, beynəlxalq ictimaiyyəti Xocalı qətliamına və onun acı nəticələrinə qarşı həssas olmağa çalışıb: "Azərbaycanın problemi Türkiyənin problemidir. Azərbaycanlıların yaşadıqları acını paylaşırıq. Türkiyə olaraq hər zaman Azərbaycanla həmrəylik içində olmağa davam edəcəyik”.