Bu gün daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata,
16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub. Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi.
Ermənistan təcavüzünün qurbanı olan məktəblilərin sayı artıq 10-a çatıb.