Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev İsveçin Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Tural Gəncəliyev “facebook” hesabında paylaşım edib.
O bildirib ki, görüş zamanı Qarabağa dönüş, birliyin Xankəndi şəhərində gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.