“Ermənistan ona qarşı Türkiyə təyyarələri və PUA-larından istifadə olunmasına dair heç bir dəlilə söykənməyən yalan iddialarla çıxış edir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.
“Bu, Ermənistanın qarşısında Türkiyənin olduğu faktını yaratmaqla arxasındakı dəstəyi artırmaq məqsədi güdür və "qara piar"dan başqa bir şey deyil. Həmçinin bu iddialar onları dəstəkləyənlərdən başqa, heç kim tərəfindən ciddiyə alınmayıb. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri tək başına qələbə qazanacaq imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən bir neçə gün ərzində bütün dünyaya göstərib”, - deyə qeyd olunub.