• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:59 26 aprel 2021

Türkiyə parlamentində Ermənistanın müharibə cinayətlərinə həsr olunmuş foto-sərgi açılıb - FOTO

Türkiyə Böyük Millət Məclisində (TBMM) Ermənistanın müharibə cinayətlərinə həsr olunmuş foto-sərgi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, sərgiyə TBMM sədri Mustafa Şentop, millət vəkilləri Hakan Çavuşoğlu, Bülent Turan, Şamil Ayrım, Böyük Birlik Partiyasının sədri Mustafa Destiçi, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər şəxslər qatılıblar.

Eyni zamanda, Türkiyə parlamentində “İkinci Qarabağ müharibəsi və Ermənistanın müharibə cinayətləri” mövzusunda panel keçirilir.

Panel zamanı 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, İkinci Qarabağ müharibəsində Ermənistanın müharibə cinayətləri mövzusunda müzakirələr aparılacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR