“Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındayıq”.
APA-nın CNN TÜRK-ə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Türkiyə Prezidenti bildirib ki, erməni işğalı altındakı Azərbaycan torpaqları azad edilməli, regionda sülh bərqərar olmalıdır.