“Qardaş Azərbaycan həm torpaqlarını müdafiə etmək, həm də işğal altındakı torpaqlarını azad etmək üçün böyük bir hərəkata başlayıb”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konyada xəstəxananın açılış mərasimində deyib.
Türkiyə Prezidenti bildirib ki, Azərbaycan Ordusunun uğurlu əks-həmlə əməliyyatı ilə bir çox ərazilər işğaldan azad olunub.