• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:42 3 oktyabr 2019

Türkiyə səfiri: "Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir"

“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrinin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrinin məhv edilməsi cinayətdir: “Həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə buna qarşı mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR