• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:51 26 fevral 2019

Türkiyə Vəkillər Kollegiyasının sədri: "Soyqırımı Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub"

Soyqırımı Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olub.

ONA-nın məlumatına görə, bu sözləri Türkiyə Vəkillər Kollegiyasının sədri Mətin Feyzioğlu Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı Ankarada keçirilmiş konfransda deyib. Onun sözlərinə görə, türk olmaqdan başqa günahları olmayan 613 nəfər daşnaq qruplarının etnik təmizləmə və işğal planlarının nəticəsi olaraq qətlə yetiriliblər: “Xocalı soyqırımının törədilməsində birbaşa və ya dolayı yolla iştirak edən şəxslər məsuliyyətə cəlb edilmək əvəzinə Ermənistan ən yüksək vəzifəyə gətiriliblər. Bu fakt soyqırımının Ermənistanda dövlət siyasəti olduğunu göstərir”.

Daha sonra çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib ki, hüquqşünasların bu faciəni soyqırımı aktı kimi dəyərləndirməsi önəmli hadisədir. Onun sözlərinə görə, bu hadisə insanlığa qarşı böyük cinayətdir, həm də hüquqi baxımdan böyük məsuliyyət daşıyır: “Bu insanlar təkcə qətliam törətməyiblər, həm də bu qətliamın səbəbkarlarını bir dövlətin başına gətirərək fəaliyyətlərinə bəraət qazandırıblar. Biz problemlərimizi həll etmək üçün silahlı qüvvələrimizi, diplomatiyamızı və iqtisadiyyatımızı daha da gücləndirəcəyik”.

Azərbaycan torpaqlarında davam edən işğala hüquq baxımından dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün iki ölkənin Vəkillər Kollegiyasının Naxçıvanda görüşünün keçirilməsi təklif edilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR