“Ermənistan bu gün başqa ölkələrdən, Qərbdən, hətta Rusiyadan dəstək almasaydı, bu cəsarəti özündə tapmazdı”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində deyib.
Nazir bildirib ki, Türkiyənin bu gün digər ölkələrlə müdafiə sənayesi, hərbi sahədə əməkdaşlığı olduğu kimi, Azərbaycanla da əməkdaşlığı olub: “Hətta hamıdan çox Azərbaycanla əməkdaşlıq etməliyik. İndiyə kimi Azərbaycan öz Ordusunun döyüş qabiliyyətinin güclənməsində, öz torpaqlarını işğaldan azad etmək üçün lazımi tədbirlər görüb. Azərbaycan ehtiyacı olan müdafiə sənayesi ilə bağlı ləvazimatları bizdən və ya başqa ölkədən idxal edib. Bu, Azərbaycanın ən təbii haqqıdır”.
O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması Ermənistana sərf edir.