Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətil təbrik edib.
ONA-nın məlumatına görə, nazirliyin “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:
“Qardaşımız, əzizimiz, Azərbaycanımız.
Müstəqillik gününüz mübarək.
Dağlıq Qarabağı erməni işğalından qurtarmaq üçün apardığınız əməliyyatda qardaşlarınız kimi sizinləyik və həmişə sizinləyik.
Tək Millət, İki Dövlət olaraq sonsuza qədər qalacağıq!”