Vətən müharibəsində şəhid olmuş hərbçimizlə Cəlilabadda vida mərasimi keçirilib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Əlövsət oğlu Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.
Şəhidlə vida mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, sakinlər iştirak edib.
Ə. Musayev doğulduğu Cəlilabad rayonunun Mollalı kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub.
O, Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində itkin düşmüşdü. Hərbçimizin şəhid olduğu bu gün məlum olub.