• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:55 17 dekabr 2020

Vladimir Putin: "Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir"

Ermənistanın özü belə Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında bildirib.

O qeyd edib ki, ətraf rayonlar, habelə Dağlıq Qarabağ beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir.

Dağlıq Qarabağda müharibənin niyə məhz indi baş verməsi barədə suala cavabında V. Putin Dağlıq Qarabağ münaqişəsi zonasında indiyə kimi də hərbi toqquşmaların baş verdiyini xatırladıb: “Vəziyyət nəzarət altından çıxdı. Gərginlik uzun illərdir davam edirdi. Bu, kənardan müdaxilə nəticəsində baş verməyib”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR