Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiyada etirazçıların əhval-ruhiyyəsi yüksəkdir.
Hazırda aksiyaçıların fəallığı müşahidə edilir.
Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndirirlər.
Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.