• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:23 27 may 2019

XİN: Aprel hadisələri göstərdi ki, status-kvo istənilən zaman münaqişənin silahı eskalasiyasına gətirib çıxara bilər

“2016-cı ilin aprel hadisələri göstərdi ki, Azərbaycan torpaqlarının işğalına əsasən formalaşmış, sərt etnik təmizləmə ilə müşayiət olunan hazıki status-kvo böyük riskə malikdir və istənilən zaman münaqişənin silahı eskalasiyasına gətirib çıxara bilər”.

ONA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov “Kommersant” qəzetinə müsahibəsində deyib. “Bütün problemlərin, o cümlədən müharibənin bərpası riskini özündə daşıyan atəşkəs rejiminin pozulmasının səbəbi məhz Ermənistanın işğalçı qüvvələrinin zəbt etdiyi və zor gücü ilə saxladığı Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu davam etməsi və yüz minlərlə azərbaycanlının bu torpaqlara qayıda bilməməsi ilə əlaqədardır”,- deyə nazir əlavə edib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR