“Aİ ilə sıx əməkdaşlıq Şərq Tərəfdaşlığı ölkələrinin milli kimlik və milli maraqlarının tərkib hissəsidirsə, onda proqrama üzv ölkələr aralarında olan münaqişələrin həllinə nail olmalıdır”.
ONA-nın məlumatına görə, bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşla üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib. O bildirib ki, Ermənistanın yeni rəhbərliyinin demokratik fikirlər səsləndirməsi bu ölkədə siyasi iradənin formalaşması üçün yaxşı imkan yarada bilər: “Bu bizə imkan verər ki, ciddi və substantiv danışıqlara başlayaq. Çünki demokratik ölkə başqa ölkənin ərazisini işğal edə və etnik təmizləmə həyata keçirəm bilməz”.