• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:11 2 aprel 2019

XİN: Ermənistan rəhbərliyinin son bəyanatları Vyana görüşünün nəticələrinə uyğun gəlmir

Ermənistan rəhbərliyinin son bəyanatları və hərəkətləri, o cümlədən işğalçı ölkənin müdafiə nazirinin “yeni ərazilər tutmaq üçün yeni müharibə” formulasını təqdim etməsi tamamilə qəbuledilməzdir.

Bu barədə ONA-ya XİN-dən məlumat verilib. Bildirilir ki, bu kimi addımlar iki ölkə rəhbərləri səviyyəsində baş tutmuş Vyana görüşü və onun nəticəsində qəbul edilmiş birgə bəyanata uyğun gəlmir: “Təkrar edirik ki, bu kimi təxribatlar uzun illər ərzində aparılan danışıqlar prosesini və ATƏT-in Minsk Qrupunu həmsədrlərin fəaliyyətini ciddi sual altına qoyur. Vurğulamaq istərdik ki, belə təhlükəli ritorikanın mümkün mənfi nəticələrinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərindədir”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR