"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ABŞ-da keçirilməsi məsələsi ilə bağlı xarici işlər nazirləri səviyyəsində müvafiq fikirlər bildirilib".
Bu sözləri ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
"Görüşün dəqiq yeri və tarixi müəyyən olunacağı təqdirdə bu haqda razılaşdırılmış şəkildə ictimaiyyətə məlumat veriləcək", - deyə XİN rəsmisi əlavə edib.
Qeyd edək ki, nazirlərin Moskva görüşündən bir qədər sonra xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən növbəti görüşün ABŞ-da keçirilə biləcəyinə dair təklifin olduğunu açıqlamışdı.