• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:51 12 aprel 2019

XİN: Sülh mühitinin yaradılması Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən mümkün deyil

“Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil. Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir.”.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin şərhində bildirilir.

“Əgər "A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla, yerdə qalan digər məsələlərdir. Bu bir aksiomdur”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR