"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik".
ONA-nın xəbərinə görə, bunu Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: "Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər".