• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:07 12 mart 2019

Ziyafət Əsgərov: “Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır”

“Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərir Ali Baş Komandan tərəfindən təsdiq olunan plan əsasında həyata keçirilir. Azərbaycan suveren dövlətdir, nə vaxt isətəsə, hərbi təlimlər keçirə bilər”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Ordusunun genişmiqyaslı hərbi təlimlərinin Ermənistanda narahatlaqla qarşılanmasına münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsyia ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, bu, Azərbaycanın suveren hüququdur: “Biz bu təlimləri keçirməklə kimlərisə qorxutmaq istəmirik. Ermənistan Azərbaycanın iqtisadi və hərbi gücünü, ölkə rəhbərinin siyasi iradəsini bilir. Digər tərəfdən, Ermənistan hər zaman qorxuda, təzyiq altında olmalıdır. Çünki işğalçıya hər zaman təzyiq göstərilməlidir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR