Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsİ pozub
  • DAĞLIQ QARABAĞ

  • 10:03 20 Aprel 2020

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlar və snayper tüfənglərindən də istifadə etməklə atəşkəsİ pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.

ONA Müdafiə Nazirliyinin (MN) saytlna istinadən xəbər verir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR